Silahlı hadisə baş verib, ölən və yaralananlar var
ABŞ-ın Arizona ştatının Finiks şəhərində silahlı hadisə qeydə alınıb.
Oxumeni.az “Fox News”a istinadla xəbər verir ki, ticarət mərkəzinin yaxınlığında naməlum şəxs atəş açaraq iki nəfəri yaralayıb. Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib.
Məlumata görə, cinayətkar ətrafdakıları odlu silahla hədələyərək avtomobil oğurlayıb. Silahlı şəxs yolda ona mane olmağa çalışan bir nəfəri, həmçinin başqa nəqliyyat vasitəsinin sürücüsünü yaralayıb.
Cinayətkar qaçırdığı nəqliyyat vasitəsini polis avtomobilinə çırpıb. O, polisin açdığı atəş nəticəsində ölüb.
Silahlı şəxsin xəsarət yetirdiyi yaralılar xəstəxanaya yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər













































.jpg)

.jpg)















































