Azərbaycanda 22 martın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 30-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
13 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.
Martın 21-də Gürcüstan vətəndaşı A.Poladaşvilini qətlə yetirməkdə şübhəli bilinən S.Fərəcov tutulmuşdur
22.03.2012
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Gürcüstan vətəndaşı Aftandil Poladaşvilini qətlə yetirməkdə şübhəli bilinən Səyavuş Fərəcov tutulmuşdur.
Şəmkir şəhəri ərazisində A.Bəxtiyarov qısqanclıq zəminində arvadına bıçaqla xəsarət yetirmişdir
22.03.2012
Martın 22-də Şəmkir
şəhəri ərazisində şəhər sakini Anar Bəxtiyarov qısqanclıq zəminində arvadı Pərvanəyə
bıçaqla xəsarət yetirmişdir. Pərvanə aldığı xəsarətdən xəstəxanada ölmüşdür.
A.Bəxtiyarov könüllü olaraq Şəmkir RPŞ-yə gələrək təslim olmuşdur.
Gəncə şəhərində Ağdam rayon sakini S.Əliyevə məxsus avtomaşını qaçırmış A.Hüseynov tutulmuşdur
22.03.2012
Martın 21-də Gəncə
şəhəri H.Ə.Hüseynzadə küçəsindən Ağdam rayon sakini Seymur Əliyevə məxsus
"VAZ-21214" markalı avtomaşın qaçırılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Gəncə
şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Hüseynov tutulmuşdur.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini N.İbrahimova vurulmuşdur
22.03.2012
Martın 22-də
saat 17.00 radələrində Nərimanov rayonu Təbriz küçəsində müəyyən edilməmiş
avtomaşınla Bakı şəhər sakini Nargilə İbrahimova vurulmuşdur. Nəticədə xəsarət
almış N.İbrahimovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra
buraxılmışdır.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Səbail rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini M.Məmmədov vurulmuşdur
22.03.2012
Martın 22-də
saat 15.15 radələrində Səbail rayonu Neftçilər prospektində müəyyən edilməmiş
avtomaşınla Bakı şəhər sakini Məhəmməd Məmmədov vurulmuşdur. Nəticədə xəsarət
almış M.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra
buraxılmışdır.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Zaqatala rayonu ərazisində A.Osmanov idarə etdiyi avtomaşını ağaca vurmuşdur
22.03.2012
Martın 22-də
saat 17.25 radələrində Zaqatala rayonunun Muğanlı kəndində Yuxarı Tala kənd
sakini Abdulvahab Osmanov idarə etdiyi "TOFAŞ" markalı avtomaşını
ağaca vurmuşdur. Nəticədə A.Osmanov hadisə yerində ölmüşdür.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
Ağstafa rayonunun S.Vurğun qəsəbəsində müəyyən edilməmiş avtomaşınla V.Eyyubov vurulmuşdur
22.03.2012
Martın 22-də
saat 11.15 radələrində Ağstafa rayonunun S.Vurğun qəsəbəsində müəyyən
edilməmiş avtomaşınla qəsəbə sakini Vasif Eyyubov vurulmuşdur. Nəticədə xəsarət
almış V.Eyyubov xəstəxanaya yerləşdirilmişdir.
Ağstafa RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Ağstafa rayonu ərazisində Q.Qurbanov idarə etdiyi avtomaşınla İ.Məmmədovu vurmuşdur
22.03.2012
Martın 22-də
saat 16.30 radələrində Ağstafa rayonunun Xətai kəndində Aşağı Kəsəmən kənd
sakini Qurban Qurbanov idarə etdiyi "QAZ-24" markalı avtomaşınla
Yenigün kənd sakini İlkin Məmmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya
yerləşdirilmiş İ.Məmmədov orada ölmüşdür.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.
Ağcabədi rayonu ərazisində N.Hüseynov idarə etdiyi avtomaşınla E.Məmmədovu vurmuşdur
22.03.2012
Martın 22-də
saat 20.00 radələrində Ağcabədi rayonunun Bilağanlı kəndində kənd sakini Nahid
Hüseynov idarə etdiyi "Ford-Tranzit" markalı avtomaşınla Xocavənd kənd
sakini Emin Məmmədovu vurmuşdur. Nəticədə E.Məmmədov hadisə yerində ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Metronun "Q.Qarayev" stansiyasının ərazisində Ə.Məmmədova məxsus köşkdən oğurluqda şübhəli bilinən N.Mustafayev tutulmuşdur
22.03.2012
Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də metronun "Q.Qarayev" stansiyasının ərazisində Bakı şəhər sakini Əsəd Məmmədova məxsus köşkdən 100 ədəd lotereyanı oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Novruz Mustafayev tutulmuşdur.
Martın 15-də İ.Ağayevə məxsus avtomaşını qaçırmış Cəlilabad rayon sakini V.Mehdiyev tutulmuşdur
22.03.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də İlkin Ağayevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Cəlilabad rayon sakini Vüsal Mehdiyev tutulmuşdur.
Martın 21-də M.Orucova məxsus mağazadan oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Dadaşov tutulmuşdur
22.03.2012
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Mənsur Orucova məxsus mağazadan 2 ədəd mobil telefon və 1 ədəd musiqi pleyerini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ruslan Dadaşov tutulmuşdur.
Fevralın 28-də E.Nağıyevə məxsus sexdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev tutulmuşdur
22.03.2012
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Elşən Nağıyevə məxsus sexdən 4500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sahib Əliyev tutulmuşdur.
Martın 21-də R.İbrahimova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini F.Qarazadə tutulmuşdur
22.03.2012
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Rabil İbrahimova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Faiq Qarazadə tutulmuşdur.
Bakı şəhər sakini K.Əmrahova məxsus avtomaşını qaçırmış Y.Xanməmmədov tutulmuşdur
22.03.2012
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-nə keçən gecə H.Babayev küçəsində Bakı şəhər sakini Kamil Əmrahova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Yalçın Xanməmmədov tutulmuşdur.
Nəsimi rayonu ərazisindəki evlərin birində kirayədə yaşayan Mərakeş vətəndaşı D.El-Boussalyin və 2 qadının meyitləri tapılmışdır
22.03.2012
Martın 22-də
saat 20.10 radələrində Nəsimi rayonu M.İbrahimov küçəsindəki evlərin birində
kirayədə yaşayan Mərakeş vətəndaşı Duadeh El Boussalyin və 20-25 yaşlı 2
qadının üzərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılmışdır.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Xətai rayonu Zığ yolu küçəsində F.Qasımov idarə etdiyi avtomaşınla Q.Hüseynovu vurmuşdur
22.03.2012
Martın 22-də saat 19.00 radələrində Xətai rayonu Zığ yolu küçəsində Rusiya Federasiyasının vətəndaşı Fəxrəddin Qasımov idarə etdiyi "Mitsubishi" markalı avtomaşınla Bakı şəhər sakini Qulamhüseyn Hüseynovu vurmuşdur. Nəticədə Q.Hüseynov hadisə yerində ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.
Gəncə şəhər sakini T.Nuriyev alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir
22.03.2012
Martın 22-də Gəncə şəhər sakini Tural Nuriyev evindən alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Mingəçevir şəhər sakini Ç.Hümbətova yaşadığı evin 5-ci mərtəbəsindən yıxılmışdır
22.03.2012
Martın 22-də
Mingəçevir şəhəri 20 Yanvar küçəsində yaşayan Çinarə Hümbətova yaşadığı evin
5-ci mərtəbəsindən yıxılmışdır. Ç.Hümbətova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.
Araşdırma aparılır.
4 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər
22.03.2012
Martın 22-də Sumqayıt şəhər sakinləri Təranə Yusifova, Müslüm Tahirov, Təzə Kotec qəsəbə sakini Ülviyyə Əliyeva və Yardımlı rayon sakini Ləman Cəfərova mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
O.M.