Meksikada şəhər meri öldürülüb

Meksikada şəhər meri öldürülüb

24 Dekabr 2019 10:26
Bəyəndim (1) Bəyənmədim (0)

Meksikanın Oaxaka ştatının Xalapa şəhər meri Arturo Velasqes Yeni il şənliyində qətlə yetirilib.

Oxumeni.az TASS-a istinadla xəbər verir ki, naməlum şəxslər şənliyin keçirildiyi binaya daxil olaraq oradakı insanlara odlu silahdan atəş açıblar. Atəş nəticəsində A.Velasqeslə bərabər, Xavier Terrero şəhər rəhbərliyinin işçilərindən biri öldürülüb.

Digər ölən və yaralananlar barədə məlumat verilməyib.

Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az