İmişlidə xəstəxana yandı

İmişlidə xəstəxana yandı

23 Mart 2012 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün səhər saat 04:00 radələrində İmişli rayonunun Qaradonlu kəndində yerləşən xəstəxana elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində tamamilə yanıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 385 kvadratmetr olan xəstəxananın dam örtüyü tamamilə yanıb. Ümumilikdə 16 palatadan ibarət xəstəxananın 13 palatası içərisində olan taxta çarpayı və dolablarla birlikdə yanaraq sıradan çıxıb. Hadisə yerinə İmişli rayonu Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə yanaşı, qonşu rayonlardan - Saatlı və Beyləqandan da kömək cəlb edilib. Yanğının qarşısı alınaraq digər ərazilərə keçməsi məhdudlaşdırılıb. Lakin binanın 300 kvadratmetri tamam yanıb. Qeyd edək ki, xəstəxananın 35 işçisi var. Baş həkimin bildirdiyinə görə, xəstəxananın yanmasına baxmayaraq, tibbi personal xəstəxananın həyətində olan iki əlavə korpusda fəaliyyətini davam etdirəcək.

O.M.