Moskvada atışma törədən şəxsin kimliyi məlum oldu - Video
Moskvada Böyük Lubyanka küçəsində atışma törədən şəxsin kimliyi məlum olub. Oxumeni.az-ın “REN TV”yə istinadən məlumatına görə, cinayətkar Moskva vilayətinin 39 yaşlı sakini Yevgeni Manürovdur.
Y. Manürov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun şirkəti kommersiya fəaliyyəti sahəsində məsləhət xidmətləri göstərirdi, lakin 2015-ci ildə bağlanmışdı.
Federal Təhlükəsizlik Xidmətindən (FTX) verilən məlumata görə, hücum edən şəxs tək olub və o, hüquq-mühafizə orqanının əməkdaşının geyimindən istifadə edib. Bundan başqa, atışma zamanı 1 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilib. Hazırda FTX əməkdaşlarına binadan çıxmaq qadağan edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər


















































.jpg)












































