Bakıda "Mercedes" idarəetməni itirərək çəpərə çırpıldı

Bakıda "Mercedes" idarəetməni itirərək çəpərə çırpıldı

16 Mart 2012 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Faktla bağlı araşdırma aparılır.

O.M.