![Prezidentin əfv fərmanı icra olunmağa başlayıb](/assets/images/white.jpg)
Prezidentin əfv fərmanı icra olunmağa başlayıb
Azərbaycan prezidenti İlham Əliyevin martın 15-də imzaladığı sərəncamın bu gün icrasına başlanılıb. Sərəncam ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.
Əfv olunanlardan üçü Gürcüstan vətəndaşıdır. Əfv edilənlərin
60-ı kişi, 2-si qadındır.
Əfv olunanların sırasında AXCP-nin iki üzvü də var. Bunlar
Ruslan Bəşirov və Elnur İsrəfilovdur. Hər iki şəxs əfv olunması üçün Azərbaycan
prezidentinə müraciət edib. Azərbaycan prezidenti
İlham Əliyevin martın 15-də imzaladığı əfv sərəncamı 2 saylı Cəzaçəkmə müəssisəsində
də icra olunub. Sərəncam müəssisədə cəza çəkənlərdən 7 nəfərə şamil
olunub. Onlardan 2-si Gürcüstan vətəndaşıdır.
Müəssisədə sərəncamın icrası ilə bağlı keçirilən mərasimdə
çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin
rəisi Musa Hümbətov 1995-ci ildən bu günə kimi 51 əfv sərəncamı imzalandığını,
nəticədə 5400-ə yaxın məhkumun azadlığa çıxdığını deyib.
O.M.