Moskvada azərbaycanlı ağzından güllələndi

Moskvada azərbaycanlı ağzından güllələndi

22 Aprel 2011 12:25
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün mərhumun dəfnidir

Srağagün axşam saatlarında Moskva şəhərində yəhudi mənşəli Azərbaycan vətəndaşı Liviyev Yefim ağız nahiyəsindən güllə ilə vurulub. Xəstə yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, hədsiz qanitirmədən dünyasını dəyişib. Bu barədə operativ məlumat Moskva müxbirimiz Emin Axunddan daxil olub.


Məlumatda bildirilir ki, mərhum təxminən on ildir Moskvada taksi sürücülüyü ilə məşğul idi. Lakin onun məhz ağız nahiyəsindən güllələnməsi məsələnin kriminal aləmlə bağlılığı barədə şübhə yaradır. Faktla bağlı yerli hüquq mühafizə orqanlarında cinayət işi açılıb.


Hal hazırda meyit Bakıya gətirilib. Bu günə nəzərdə tutulan dəfn mərasimi yəhudilərin kompakt yaşadığı Qırmızı Qəsəbədə (qeyd: Quba rayonu) həyata keçiriləcək.


Xatırladaq ki, mərhumun bizneslə məşğul olan kiçik qardaşı da təxminən 15 il əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında işdən çıxarkən güllələnərək öldürülmüşdü.


Terror dünyanın lənətlədiyi ən ağır cinayətdir. Deməli, terrorçu lənətlənmiş insan sayılır.


Natiq Qocaman


O.M.