Bakıda saxta sənədlərlə 29.5 min ABŞ dollarına torpaq satan şəxs tutuldu

Bakıda saxta sənədlərlə 29.5 min ABŞ dollarına torpaq satan şəxs tutuldu

15 Mart 2012 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər sakini Əliyev Elçin Behbud oğlunun Badamdar qəsəbəsi ərazisində torpaq sahəsi almaq üçün Elşən Quliyev adlı şəxsə 29 500 ABŞ dolları verməsi, sonradan ona verilən sənədin saxta olmasını müəyyən etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciət araşdırılıb. Baş Prokurorluğun verdiyi məlumata görə, müəyyən edilib ki, Elşən Quliyev Səbail bələdiyyəsi tərəfindən Tofiq Həmidov adlı şəxsin adına heç bir sənədləşdirmə aparılmadığı halda sonuncunun adına verilmiş sərəncam və digər sənədlər əsasında Elçin Əliyevə torpaq sahəsi satması ilə əlaqədar ondan 29 500 ABŞ dolları məbləğində pul alıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

O.M.