Pirşağı sakini 33 yaşlı kişini küt alətlə qətlə yetirdi

Pirşağı sakini 33 yaşlı kişini küt alətlə qətlə yetirdi

15 Mart 2012 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu Rayon Prokurorluğunun verdiyi məlumata görə, rayonun Pirşağı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Bakı şəhər sakini, 20 yaşlı Fuad Məmmədov aralarında baş verən münaqişə zəmində 33 yaşlı İlqar Əzizovun başından küt alətlə vuraraq öldürüb. Hadisəni törədən F.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
O.M.