Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

15 Mart 2012 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Bakı - Zaqatala - Gürcüstan magistral yolunun 102-ci kilometrliyində, Qax rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şamaxı rayon sakini, 20 yaşlı Ceyhun Həsənovun idarə etdiyi "Mercedes" markalı, 10 ZR 448 dövlət nömrə nişanlı maşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə, maşında olan sərnişinlər, Şamaxı rayon sakinləri - 25 yaşlı Cavid Əliyev və 21 yaşlı Emilya Novruzova hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü isə ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

O.M.