Bakıda intihar hadisəsi baş verdi

Bakıda intihar hadisəsi baş verdi

14 Mart 2012 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Bakıxanov küçəsi, ev 12 ünvanında intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 60 yaşlı Yaqub Qurbanov yaşadığı evdə özünü asıb. Mərhumun meyiti ailəsi tərəfindən aşkarlanıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.