Maştağada 8 yaşlı uşaq adam öldürdü

Maştağada 8 yaşlı uşaq adam öldürdü

14 Mart 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gecə rayonun Maştağa qəsəbəsi, Ərəblinski küçəsi, dalan 1, ev 1 ünvanında ölüm hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan xalasının evinə qonaq gələn 8 yaşlı Ağazadə Əlirza İbrahim oğlu ov tüfəngi ilə oynayarkən ehtiyatsızlıqdan atəş açılıb. Açılan güllə uşağın xalası qızı, 6 yaşlı Südeyfxanım Ehtiram qızı Abbasovaya dəyib. Nəticədə azyaşlı qız hadisə yerindəcə keçinib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.