Bakıda dirəyə çırpılan avtomobilin sürücüsü öldü

Bakıda dirəyə çırpılan avtomobilin sürücüsü öldü

13 Mart 2012 20:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu gün paytaxtın Nərimanov rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə gələn xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

O.M.