Rusiyada 15 yaşlı məktəbli 86 yaşlı veteranı zorladı

Rusiyada 15 yaşlı məktəbli 86 yaşlı veteranı zorladı

13 Mart 2012 17:19
Bəyəndim (0) Bəyənmədim (0)
Böyük Vətən Müharibəsi veteranı yeriyə bilmirdi

Rusiyanın Vladimir vilayətinin Murom şəhərində dəhşətli bir hadisə baş verib. Yerli məktəblərin birində təhsil alan 15 yaşlı yeniyetmə 86 yaşlı, əlil olan Böyük Vətən Müharibəsi veteranını zorlayaraq qarət edib. Rusiya mətbuatının məlumatına görə, 12 mart günü gecə saat 02:00 radələrində yeniyetmə sərxoş vəziyyətdə pəncərəni qıraraq qarının evinə daxil olub. Ona pnevmatik silahla hədə-qorxu gələrək evi qarət etməyə başlayıb. Bu zaman veterana aid olan çoxsaylı medal və ordenləri ələ keçirib. Daha sonra manyak hərəkət edə bilməyən qarını alçaldaraq zorlayıb. Hadisə ilə bağlı Rusiya CM-nin 131-ci maddəsinin 1-ci hissəsi (zorlama) üzrə cinayət işi açılıb.

Deyiləcək sözüm yoxdur...

Aqil Hüseynov

O.M.