Dövlət ittihamçısı arvadını öldürməyə cəhd edən şəxsə 9 il cəza istədi

Dövlət ittihamçısı arvadını öldürməyə cəhd edən şəxsə 9 il cəza istədi

13 Mart 2012 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şamaxı sakini Mirsahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsə son söz verilib. Lakin o çıxışa hazır olmadığı üçün proses martın 19-na təxirə salınıb.

Xatırladaq ki, M.Ağayev həyat yoldaşı Sevda Ağayevaya çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra isə Polis Şöbəsinə gələrək, təslim olub.

O.M.