Bakıda 74 yaşlı kişinin cəsədi aşkar edildi

Bakıda 74 yaşlı kişinin cəsədi aşkar edildi

13 Mart 2012 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən 1938-ci il təvəllüdlü Aydın Əsəd oğlu Babayev hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Babayevin vəfat etdiyi müəyyən olunub. Mərhumun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəzər Rayon Prokurorluğunun məlumatına görə, mərhumun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.

O.M.