Azərbaycanda 12 martın kriminal xronikası

Azərbaycanda 12 martın kriminal xronikası

13 Mart 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Tovuz rayonunun Abulbəyli kənd sakini Emin Qəhrəmanovu bıçaqla qətlə yetirmiş Hafiz Ələsgərov tutulmuşdur

12.03.2012

Martın 12-də Tovuz rayonunun Abulbəyli kəndi ərazisindəki "Qərb Qalası" adlı marketdə, orada satıcı işləyən rayon sakini Hafiz Ələsgərov münaqişə zəminində mağazada müştəri qismində olan kənd sakini Emin Qəhrəmanovu bıçaqla qətlə yetirmişdir. H.Ələsgərov Tovuz RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Münaqişə zəminində Elviz Axundova və Nemət Quliyevə xəsarət yetirmiş Bakı şəhər sakinləri Səddam Əlili tutulmuşdur

12.03.2012

Martın 12-də Xətai rayonu ərazisində Bakı şəhər sakinləri Səddam Əlili münaqişə zəminində Elviz Axundova qarın, Nemət Quliyevə isə əl nahiyəsindən xəsarətlər yetirmişdir. S.Əlili Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Xaçmaz rayonunun Palçıqoba kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

12.03.2012

Martın 12-də saat 19.50 radələrində Xaçmaz rayonunun Palçıqoba kəndinin ərazisində rayon sakini Əlipolad Teymurov "İveco Eurobus" markalı avtobusu idarə edərkən yolu keçən kənd sakini Məmmədşah Nəcəfovu vurmuşdur. Nəticədə M.Nəcəfov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

12.03.2012

Martın 12-də saat 03.30 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakinləri Zamiq Səfərov, Elbrus Cəfərov, Allahverdi Piriyev və Əfqan Məmmədov vurulmuşdur. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

İmişli rayon sakini Sakit Əhmədov saxlanılmışdır

12.03.2012

Martın 12 Bakı şəhər sakini Ramil Muradov müraciət edərək martın 11-də Bakı-İmişli elektrik qatarında naməlum şəxs tərəfindən aldadılaraq 2 ədəd mobil telefon və 47 manat pulunun alınmasını bildirmişdir. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İmişli rayon sakini Sakit Əhmədov saxlanılmışdır.

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh İbrahimov və Orxan Məmmədli tutulmuşlar

12.03.2012

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 22-də Firəngiz Abbasovaya məxsus mağazadan 1300 manat pul, danışıq kartları və ərzaq məhsulları oğurlamış Bakı şəhər sakinləri Valeh İbrahimov və Orxan Məmmədli tutulmuşlar.

Yanvar İsrafilovu qətlə yetirib hadisə yerindən qaçmış oğlu Samir tutulmuşdur

12.03.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Yanvar İsrafilovu qətlə yetirib hadisə yerindən qaçmış oğlu Samir tutulmuşdur.

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Pərviz Həsənov və Ceyhun Seyfullayev tutulmuşlar

12.03.2012

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Aydın Cəfərova məxsus mağazadan 90 manat pul, 12 ədəd təkər, 25 ədəd maqnitofon və 4 ədəd səsgücləndirici oğurlamış Pərviz Həsənov və Ceyhun Seyfullayev tutulmuşlar.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

12.03.2012

Martın 12-də Sumqayıt şəhər sakinləri Xumar Rzayeva və Kənan Ağayev, Abşeron rayon sakini Pərviz Novruzov, Gəncə şəhər sakinləri Türanə İbrahimova, Səkinə İbrahimova və Cəlilabad rayon sakini Aytac Əliyeva öz evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Xətai rayonu ərazisində yaşayan Samir İsrafilov ailə-məişət münaqişəsi zəminində atası Yanvarı bıçaqla qətlə yetirmişdir

12.03.2012

Martın 12-də Xətai rayonu ərazisində yaşayan Samir İsrafilov ailə-məişət münaqişəsi zəminində atası Yanvarı bıçaqla qətlə yetirib hadisə yerindən qaçmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat axtarış tədbirləri Xətai RPİ tərəfindən aparılır.

Bakı şəhər sakini Təranə Nəsibova intihar məqsədi ilə özünü dənizə atmağa cəhd göstərmişdir

12.03.2012

Martın 12-də Səbail rayonu ərazisində, Milli Parkda Bakı şəhər sakini Təranə Nəsibova intihar məqsədi ilə özünü dənizə atmağa cəhd göstərmişdir. Cəhdin qarşısı Səbail RPİ əməkdaşları tərəfindən alınmışdır.

O.M.