Şimali Kiprdə azərbaycanlı oğurluq üstündə tutuldu

Şimali Kiprdə azərbaycanlı oğurluq üstündə tutuldu

10 Mart 2012 20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Habertürk-ün məlumatına görə, cari ilin 02 mart günü Şimali Kipr Türk Cümhuriyyətinin Qazımağusa (Famaqusta) şəhərində dörd müxtəlif yerdən kompüter, elektrik avadanlıqları, mobil telefon, pul, ərzaq məhsulları oğurlamış iki nəfər saxlanılıb. Tutulan şəxslərdən biri Elnur Abıyev adlı Azərbaycan vətəndaşıdır. Digər şəxs, Ertan Zengin isə Türkiyə vətəndaşdır. Məhkəmə qarşısına çıxarılan hər iki müttəhim haqda hələlik 7 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tutulan şəxslərin soyduğu məkanlar arasında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlunun qızı, millət vəkili Resmiye Canaltaya məxsus "Res-Tur" turizm agentliyinin ofisi də var. Soyğunçular ofisdən 1 ədəd noutbuk, 460 şüşə viski, 2 ədəd mobil telefon, 1 ədəd kamera oğurlayıblar.

O.M.