Azərbaycanda 09 martın kriminal xronikası

Azərbaycanda 09 martın kriminal xronikası

10 Mart 2012 16:18
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 30-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 27 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

09.03.2012

Martın 9-da saat 19.05 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İkram Məhərrəmov "VAZ-21074" markalı avtomaşını idarə edərkən 40-45 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.

Beyləqan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

09.03.2012

Martın 9-da saat 19.00 radələrində Beyləqan şəhəri ərazisində Ağdam rayon sakini Elbrus İbrahimov "VAZ-21099" markalı avtomaşını idarə edərkən şəhər sakini Şölə Həsənovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.03.2012

Martın 9-da saat 17.30 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini 9 yaşlı Əziz Seyidov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Abşeron rayon sakini Şakir Allahverdiyev saxta diplom satarkən tutulmuşdur

09.03.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Şakir Allahverdiyev, Aynurə Şükürovanın adına tərtib edilmiş Azərbaycan Texniki Universitetini bitirməsi barədə saxta diplomu 8000 dollara satarkən tutulmuşdur. Ş.Allahverdiyevdən 1 ədəd yazılmamış diplom aşkar edilərək götürülmüşdür.

Oğurluq etmiş Qobustan şəhər sakini İman Şahverdiyev tutulmuşdur

09.03.2012

Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Malik Qayıbovun evindən oğurluq etmiş Qobustan şəhər sakini İman Şahverdiyev tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Qusar şəhər sakini Bəhlul Əmirxanov könüllü olaraq rayon polis şöbəsinə gəlmişdir

09.03.2012

Martın 8-də Əliyar Evladovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-21011" markalı avtomaşının sürücüsü Qusar şəhər sakini Bəhlul Əmirxanov könüllü olaraq Qusar RPŞ-yə gəlmişdir.

Bərdə rayon sakini Natiq Tahirlinin evinə baxış zamanı 1 ədəd avtomat silahı aşkar edilərək götürülmüşdür

09.03.2012

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Natiq Tahirlinin evinə baxış zamanı 1 ədəd avtomat silahı aşkar edilərək götürülmüşdür.

Gəncə şəhər sakini Zeynəb Babayeva dəm qazından, Sumqayıt şəhər sakini Rizvan Rzayev dərmandan zəhərlənmişlər

09.03.2012

Martın 9-da Gəncə şəhər sakini Zeynəb Babayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
Martın 9-da Sumqayıt şəhər sakini Rizvan Rzayev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Ağdam rayon sakini Rövşən Bayramov traktorla yer şumlayarkən minalanmış sahəyə düşmüşdür

09.03.2012

Martın 9-da Ağdam rayonunun Mirəşelli kəndi ərazisində rayon sakini Rövşən Bayramov "Faton" markalı traktorla yer şumlayarkən minalanmış sahəyə düşmüşdür. Baş vermiş partlayışdan R.Bayramov ayaq nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

O.M.