Bu saatlarda "Mətbuat" firmasının ofisində yanğının qarşısı alındı

Bu saatlarda "Mətbuat" firmasının ofisində yanğının qarşısı alındı

9 Mart 2012 22:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu saatlarda dəhşətli bir yanğının qarşısı alınıb. "Min bir kriminal" qəzetinin redaktoru Aqil Hüseynovun verdiyi məlumata görə, bu gün axşam saatlarında bir neçə qəzet nəşrə hazırlanarkən gözlənilmədən şirkətin baş ofisindəki elektrik sistemində qısaqapanma olub. Bakı şəhəri Mətbuat prospekti - 22 ünvanında yerləşən "Mətbuat" firmasının baş ofisində elektrik təminatının kəsilməsi ilə müşayiət olunan lokal yanğın hadisəsi baş verib. Ofisdə olan təxminən 15 əməkdaşın səyi nəticəsində yanğın geniş əraziyə yayılmadan söndürülüb. Bununla belə, nəşrə hazırlanan "Serial" qəzetinin 2 səhifəsi, yəni yazıçı Könül Ayparanın qələmə aldığı "Dinsiz dindarlar" adlı əsər texniki səbəblərdən başqa səhifələrlə əvəz olunub. Aqil Hüseynovun məlumatında o da bildirilir ki, sabah səhər saatlarında problem həllini tapacaq.

Xatırladaq ki, "Mətbuat" firmasının nəzdində "Min bir kriminal" və "Serial" qəzetləri ilə yanaşı "Avropa" radiosu, Oxumeni.az saytı, "Oxu Məni", "Mən və Sən", "Super Sport", "Super Krossvord" qəzetləri və "Azərbaycan polisi" jurnalı fəaliyyət göstərir. "Avropa" radiosu Həsən Seyidbəyli-9 ünvanında yerləşdiyindən fəaliyyətində heç bir problem yaşanmayıb.

O.M.