Səhiyyə Nazirliyi apteklərdə reyd keçirir

Səhiyyə Nazirliyi apteklərdə reyd keçirir

9 Mart 2012 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən apteklərdə reydləri nəticəsində 3 aptekin fəaliyyəti dayandırılıb. Ümumiyyətlə, 8-i paytaxtda, 13-ü isə Sumqayıtda olmaqla 21 əczaxanaya baxış keçirilib. Onlardan onunun lisenziya əsasında, 3-nün isə qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Yoxlamadan dərhal sonra hər üç aptekin fəaliyyəti dayandırılıb. Yoxlamalar zamanı 21 əczaxanadan ümumilikdə 647 qutu sertifikatsız dərman müsadirə edilib. Onlardan 196-sı Bakı, 390-ı Sumqayıt apteklərinin payına düşüb. Qalan 61 qutu preparat isə qanunsuz obyektlərdən götürülüb.

O.M.