41 yaşlı Bakı sakini öz həyətində güllələndi

41 yaşlı Bakı sakini öz həyətində güllələndi

9 Mart 2012 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron Rayon Prokurorluğunun məlumatına görə, martın 8-dən 9-a keçən gecə rayonun Qobu qəsəbəsi, Qarayev küçəsində qətl hadisəsi qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Dadaşov Dadaş Baba oğlu yaşadığı evin həyətində naməlum şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarasında hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi həllik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

O.M.