Martın 8-də Bakıda iki azyaşlı qız bıçaqlandı

Martın 8-də Bakıda iki azyaşlı qız bıçaqlandı

9 Mart 2012 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu Rayon Polis İdarəsinin məlumatına görə, ötən gecə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Qəsəbə sakinləri, 14 yaşlı Səma Orucova və onun rəfiqəsi, 10 yaşlı Lalə Cəfərova bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriliblər. Hadisəni törədən şəxs artıq müəyyənləşib. Qızlara bıçaqla xəsarət yetirən şəxsin adı və hadisənin baş vermə səbəbləri hələlik açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

O.M.