Tərtərdə baş vermiş yanğında xəsarət alan oldu

Tərtərdə baş vermiş yanğında xəsarət alan oldu

8 Mart 2012 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tərtər rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m. olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 1,5 ton ot bağlaması yanıb. Yanğın zamanı ev sahibinin nəvəsi sifət nahiyəsindən termiki yanıq xəsarəti alıb. Sahə həkimi tərəfindən yaralıya ilkin tibbi yardım göstərilib. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.

O.M.