Bakıda mənzildə köməksiz vəziyyətdə qalan 1 yaşlı körpə xilas edildi

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan 1 yaşlı körpə xilas edildi

8 Mart 2012 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdı. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının damından 8-ci mərtəbədə yerləşən mənzilin eyvanına enərək mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.