Mənzilində yıxılıb qalan qadın xilas edildi

Mənzilində yıxılıb qalan qadın xilas edildi

8 Mart 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzildə yıxılaraq ayağa qalxmaq iqtidarında deyil. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə daxil olaraq vətəndaşı döşəmədən qaldırıb və aidiyyəti üzrə təhvil veriblər.

O.M.