Balakəndə ahıl ərlə arvad dəm qazından boğuldu

Balakəndə ahıl ərlə arvad dəm qazından boğuldu

7 Mart 2012 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon Prokurorluğunun məlumatına görə, Balakən şəhəri Həzi Aslanov küçəsi, ev 21-də yaşayan 1933-cü il təvəllüdlü Qarayev Xalid Cavad oğlunun və onun həyat yoldaşı, 1932-ci il təvəllüdlü Qarayeva Fatma Bülhan qızının meyitləri aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad dəm qazından boğularaq ölüb. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.