Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

6 Mart 2012 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu gün Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Mitsubishi Pajero" markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə, biri qadın olmaqla maşında olan 4 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.