Ukraynalı qadın Qazax rayonunda azərbaycanlıları güllələdi

Ukraynalı qadın Qazax rayonunda azərbaycanlıları güllələdi

6 Mart 2012 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Qazax Rayon Polis Şöbəsinin məlumatına görə, ötən gecə rayon ərazisində yerləşən yeməkxanalardan birində silahlı insident qeydə alınıb. Yeməkxanada bir neçə gənc arasında düşən davada odlu silahdan istifadə edilib. Nəticədə bir nəfər, rayon sakini, 26 yaşlı Fariz Osmanov güllələnib. O, aldığı xəsarətdən dünyasını dəyişib. Daha bir nəfər, 26 yaşlı Tural Nəsibova isə küt alətlə ağır bədən xəsarəti yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, artıq hadisə iştirakçılarından iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan biri Ukrayna vətəndaşı, 1981-ci il təvəllüdlü Svyotodux Anastasiya Nikolayevnadır. Hazırda onların ifadəsi alınır. İlkin ehtimala görə, hadisəni ukraynalı qız törədib.
Faktla bağlı Qazax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.

O.M.