Masazır "Yeni Bakı Şəhərciyi"ndə fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü

Masazır "Yeni Bakı Şəhərciyi"ndə fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü

5 Mart 2012 18:55
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron Rayon Polis Şöbəsinin məlumatına görə, bu gün Masazır qəsəbəsi, "Yeni Bakı Şəhərciyi"ndə ölüm hadisəsi qeydə alınıb. Şəhərcikdə yerləşən çoxmərtəbəli binada fəhlə işləyən, Gürcüstan vətəndaşı, 1959-cu il təvəllüdlü Rəsul Əhməd oğlu Əliyev 11-ci mərtəbədən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə Abşeron Rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə edilir.

O.M.