Bakıdakı yenitikilidə 33 yaşlı kişi meyiti tapıldı

Bakıdakı yenitikilidə 33 yaşlı kişi meyiti tapıldı

5 Mart 2012 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilə binanın damından enərək eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1979-cu il təvəllüdlü Elmar Elhadi oğlu Bağırov çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Bağırovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:36-da başa çatıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.