Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil oldu

Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil oldu

5 Mart 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içəridə qaldığı güman edilən şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı müəyyən olunub. Əməliyyat saat 01:06-da başa çatdırılıb.

O.M.