Cəlilabadda ərlə arvad bıçaqlandı

Cəlilabadda ərlə arvad bıçaqlandı

5 Mart 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad Rayon Prokurorluğunun məlumatına görə, martın 4-də saat 22.30 radələrində Cəlilabad rayonunun Günəşli kəndində qətl hadisəsi qeydə alınıb.

Masallı rayonu Mollahəsənli kənd sakini, 1967-ci il təvəllüdlü Almas Əllibala oğlu Dəmirov 1990-cı ildə Masallı rayonu Təklə kəndində anadan olmuş, hazırda Günəşli kəndində yaşayan Turanə Fərhad qızı Cəfərovaya və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əlizamin Telmanoğluna bıçaq zərbələri vurub.
A.Dəmirov hadisəni törədəndən sonra özünə də bıçaqla xəsarətlər yetirib. Əsasən, boğaz nahiyəsindən 10 bıçaq zərbəsi alan Turanə hadisə yerində ölüb. Ə.Zaminoğlu və hadisəni törədən şəxs isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

O.M.