Xırdalanda quyuya düşən sahibsiz köpək xilas olundu

Xırdalanda quyuya düşən sahibsiz köpək xilas olundu

3 Mart 2012 18:59
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatlına görə, bu gün nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində sahibsiz itin quyuya düşməsi barədə məlumat daxil olub. FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, it uşaq bağçasının həyətində yerləşən qazanxananın su quyusuna düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə iti dərinliyi təxminən 2,5-3,0 m olan quyudan çıxarıblar. Xilasetmə əməliyyatı saat 13:33-də başa çatıb.

O.M.