Bakıda Post Patrul Xidmətinin maşını qəzaya uğradı

Bakıda Post Patrul Xidmətinin maşını qəzaya uğradı

3 Mart 2012 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami Rayon Prokurorluğunun məlumatına görə, martın 3-də saat 03:30 radələrində Qara Qarayev prospektində PPX-nə məxsus "Fiat Doblo" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə, avtomobil maneəyə çırpılıb.

Qəza zamanı PPX-nin komandiri, kapitan Firdovsi Məmmədov, serjantlar Nəsib Mehdiyev və Qoşqar Xəlilov yüngül bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.

O.M.