Mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları oğurlamış dəstənin üzvləri tutuldu

Mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları oğurlamış dəstənin üzvləri tutuldu

3 Mart 2012 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, fevralın 3-nə keçən gecə Əhməd Rəcəbli küçəsində yerləşən ticarət mərkəzində İsgəndər Məcidova məxsus mağazadan qapını sındırmaq yolu ilə 32 min dollar, brilyant və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Malik Malikov, Səbuhi Məmmədov və Vasif İsmayılov tutulublar. Cinayətin digər iştirakçıları Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Eldəniz Məmmədov və Balamirzə Həsənov isə martın 2-də saxlanılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

O.M.