Qaraçuxurda ölümlə nəticələnən kütləvi dava düşdü

Qaraçuxurda ölümlə nəticələnən kütləvi dava düşdü

2 Mart 2012 18:50
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsinin məlumatına görə, bu gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində kütləvi dava qeydə alınıb. İki məhəllənin gəncləri arasında baş verən davada bir neçə nəfər ağır bıçaqlanıb. Bıçaqlananlardan üçü qardaşdır. Onlar 24 yaşlı Orxan Xamıyev, 21 yaşlı Kamran Xamıyev və Fərrux Xamıyev xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Orxan Xamıyevin xəsarəti ağır olduğundan o dünyasını dəyişib.

Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin, şəhər Prokurorluğunun, Suraxanı Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə edilir. Davada iştirak edən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat qrupu yaradılıb. Hadisənin motivi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

O.M.