
Azərbaycanda 28 fevralın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 29-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.
Mingəçevir şəhər sakini Əfsər Abdurahmanovun küt alətlə qətlə yetirilmiş meyiti mənzilində tapılmışdır
28.02.2012
Fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurahmanovun küt alətlə qətlə yetirilmiş meyiti mənzilində tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri ŞPŞ tərəfindən aparılır.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.02.2012
Fevralın 28-də saat 23.30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Aygün Rzayeva vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.02.2012
Fevralın 27-də saat 23.30 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sara Ələsgərova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Axtarışda olan Cəbrayıl Əhmədov tutulmuşdur
28.02.2012
Baş Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Qazaxıstan Respublikasının CM-nin 103.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 120-ci (zorlama) maddələri ilə axtarışda olan Cəbrayıl Əhmədov tutulmuşdur.
Pul və qızıl əşyaları oğurlamış Əkbər Quliyev tutulmuşdur
28.02.2012
Nəqliyyat Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Bakı-Horadiz sərnişin qatarında Bakı şəhər sakini Səkinə Quliyevaya məxsus 100 dolar, 408 manat pul və qızıl əşyalarını oğurlamış Əkbər Quliyev tutulmuşdur.
Binəqədi rayonu ərazisindəki kafenin icarədarı Ağaxan Qədirovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir
28.02.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki "Əyricə" kafesində oranın icarədarı Ağaxan Qədirovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.
Bakı şəhər sakini Tünzalə İmamquliyevanın qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir
28.02.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tünzalə İmamquliyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir.
Nəsimi rayonu ərazisində yaşayan Səriyyə İsgəndərovanın əxlaqsızlıq yuvası təşkil etməsi aşkar edilmişdir
28.02.2012
İnsan Alverinə Qarşı MÜbarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində yaşayan Səriyyə İsgəndərovanın əxlaqsızlıq yuvası təşkil etməsi aşkar edilmişdir.
Bakı şəhər sakini Səxavət Məmmədov tutulmuşdur
28.02.2012
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Tofiq İmanova qarşı zor tətbiq edərək içərisində 500 manat pul və 6000 manat dəyərində danışıq kartları olan çantanı ondan almış Bakı şəhər sakini Səxavət Məmmədov tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Azəddin Əfəndiyev və Maştağa qəsəbə sakini Canbaxış Babayev tutulmuşlar
28.02.2012
Nərimanov RPİ əməkdaşlarının
həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il
avqustun 8-də Sevinc Soltanın 10 manat pulunu və telefonunu oğurlamış Bakı şəhər
sakini Azəddin Əfəndiyev tutulmuşdur.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində fevralın 12-də Nigar Rzayevanın evindən oğurluq etmiş Maştağa
qəsəbə sakini Canbaxış Babayev tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Cəmaləddin Məmmədov tutulmuşdur
28.02.2012
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il oktyabrın 1-də Ramil İbrahimova məxsus kompüter klubundan 10 ədəd televizor oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Məmmədov tutulmuşdur.
Lənkəran şəhər sakini Mirnazim Dadaşovdan 355,117 qram heroin götürülmüşdür
28.02.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Mirnazim Dadaşovdan 355,117 qram heroin götürülmüşdür.
Şərur rayon sakini Coşqun Eyvazov tapdığı tüfəngi və vasitələrini təhvil vermişdir
28.02.2012
Şərur rayon sakini Coşqun Eyvazov tapdığı 1 ədəd "TOZ-8" markalı tüfəngi, 85 ədəd avtomat patronunu və 3 ədəd patron darağını könüllü olaraq polisə təhvil vermişdir.
Xızı rayonu ərazisindən silah-sursat tapılmışdır
28.02.2012
Xızı RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd tapança, 315 ədəd müxtəlif çaplı patron, 5 ədəd patron darağı və 1 ədəd qumbara alışdırıcısı tapılmışdır.
Ceyhun Mansurov qidadan zəhərlənmişdir
28.02.2012
Fevralın 28-də Bakı Dəniz Vağzalında, orada nəzarətçi işləyən Ceyhun Mansurov qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilmişdir.
Masallı rayonunun Təzəkənd kəndi ərazisində qəza hadisəsi baş vermişdir
28.02.2012
Fevralın 28-də saat 14.45 radələrində Masallı rayonunun Təzəkənd kəndi ərazisindəki qorunmayan keçiddə Kəlbəcər rayon sakini Rəfayıl Ağayev "Hyundai" markalı avtobusu idarə edərkən onu Bakı-Astara ekspress qatarına vurmuşdur. Nəticədə R.Ağayev hadisə yerində ölmüşdür.
Şabran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
28.02.2012
Fevralın 28-də Şabran şəhəri ərazisində şəhər sakini Pənah Ramazanov sərxoş halda özünü "Samur-Abşeron" su kanalına atmışdır. P.Ramazanovun meyitinin tapılması üçün tədbirlər görülür.
Balakən rayon Qazma kənd sakini Elman Eminovun evinə baxış zamanı qanunla qadağan olunmuş dini vasitələr götürülmüşdür
28.02.2012
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də qanunla qadağan olunmuş dini təriqətlərdən birinin üzvü Qazma kənd sakini Elman Eminovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu kitab, 11 ədəd broşüra aşkar edilərək götürülmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
28.02.2012
Fevralın 27-də Nizami (Gəncə) rayonunun Gülüstan qəsəbə sakini Əhməd Mürsəlovun evindən Kəlbəcər rayon sakini qohumu Müşfiq Mürsəlov və Abşeron rayon sakini Leyla Ağayeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Abşeron rayon sakini G.Məmmədova dəm qazından zəhərlənərək ölmüşdür
28.02.2012
Fevralın 28-də Abşeron rayonunun Kürdəxanı qəsəbə sakini Gülsüm Məmmədova evində dəm qazından zəhərlənərək ölmüşdür.
O.M.