
Balakəndə 2 məktəbli qız itkin düşdü
Balakən Rayon Polis Şöbəsinin məlumatına görə, rayonun Gərəkli kənd sakini, 16 yaşlı Nailə Nizami qızı Omarova və Balakən şəhər sakini, 16 yaşlı Mədinə Abdulqədir qızı Əhmədova ötən gün səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar. Övladlarının evə qayıtmadığını görən valideynlər bu barədə dərhal polisə məlumat veriblər. Polis həmin qızları itkin düşmüş kimi qeydiyyata alıb. Polisdən həmçinin bildirilib ki, adıçəkilən qızlar Balakənin rayon mərkəzində yerləşən orta məktəbdə eyni sinifdə oxuyurlar. Hazırda məktəbli qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
O.M.
Digər xəbərlər