Bakıda marşrut avtobusuna hücum: sürücü döyüldü

Bakıda marşrut avtobusuna hücum: sürücü döyüldü

15 Avqust 2019 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda marşrut avtobusuna hücum olub.

Hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.