
Ehtiyatsızlıqdan xəndəyə düşən Zaqatala sakininin həyatını xilas etmək mümkün olmadı
Zaqatala Rayon Prokurorluğunun məlumatına görə, bu gün rayonun Qazangül qəsəbəsində 1991-ci il təvəllüdlü, Qazangül qəsəbə sakini Məmmədov Sərxan Şaban oğlu qəsəbənin kanalizasiya sistemi üçün qazılmış xəndəyin ətrafında iş görən zaman ehtiyatsızlıqdan xəndəyin içinə yıxılıb. Bu zaman xəndəyin kənarında olan çoxlu nəm və ağır torpaq kütləsi Sərxan Məmmədovun üzərinə tökülüb. Nəticədə, Sərxan Məmmədov aldığı bədən xəsarətlərindən və hava çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər