
Sumqayıtda 9 mərtəbəli yaşayış binasında alışan elektrik sayğacları yanğına səbəb oldu
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına görə, bu gün Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki pilləkən qəfəsində 8 ədəd elektrik sayğacı yanıbdır. Yanğın geniş əraziyə yayılmadan saat 10:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.
O.M.
Digər xəbərlər