
Müdafiə Nazirliyinin maşını işıq dirəyinə dəydi
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, dünən Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Nizaməddin Məzahir oğlu Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə, maşında olan sərnişin, 1974-cü il təvəllüdlü Rəfail Mikayıl oğlu Ələsgərov
ölüb. R.Ələsgərovun hərbçi olmadığı bildirilir. N.Abdullayev və maşında olan
digər sərnişin, gizir, 1980-ci il təvəllüdlü Şaiq Əliheydər oğlu Seyidov isə xəsarətlə
xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər