Dənizdə itkin düşmüş şəxslərin bugünkü axtarışı nəticə vermədi
Bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd vertolyotu dənizdə itkin düşmüş 1988-ci il təvəllüdlü Məhərrəm Vahid oğlu Nəsirovun və 1989-cu il təvəllüdlü Turin Viktor Valeriviçin axtarışını aparıb. Axtarışlar heç bir nəticə verməyib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər itkin düşmüş şəxslərin tapılması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəklər.
O.M.
Digər xəbərlər





















































































.jpg)
.jpg)







