Bakı sakininə qarşı 1 milyon manatlıq dələduzluq edilib

Bakı sakininə qarşı 1 milyon manatlıq dələduzluq edilib

1 Avqust 2019 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 1 milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 9-na təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.