Bacı-qardaşlar qəzaya düşüb

Bacı-qardaşlar qəzaya düşüb

21 Aprel 2011 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Lerik rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xanagah kənd sakini Qulam Əmənov "Niva" markalı avtomaşını idarə edərkən aşırıb. Maşında 4 bacı-qardaş olub. Avto qəza bu gün saat 06:00 radələrində Bulüdül kəndi ərazisində qeydə alınıb.

Nəticədə Q.Əmənov və bacısı Qönçə hadisə yerində ölüb.

Avtomobildə olan qardaşı Arif və bacısı Elxanım isə xəstəxanaya yerləşdirilib. Bacı-qardaşın vəziyyəti ağır olaraq qalır.


Yol şeytanı hələ də postdadır. Onun radarına düşməyin...


Elvin Babayev


O.M.