
Qobustan həbsxanasında ömürlük dustaq özünü asdı
Qaradağ rayon Prokurorluğunun məlumatına görə, Penitensiar Xidmətin Qobustan həbsxanasında saxlanılan 1959-cu il təvəllüdlü Qədirov Emin Qurbanəli oğlu özünü kamerada asaraq intihar edib. Onun Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri ilə təqsirləndirilərək, ömürlük azadlıqdan məhrum edildiyi bildirilir.
Hazırda faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər