
Bakıda axtarışda olan soyğunçulardan biri tutuldu
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, fevralın 24-də naməlum şəxslər Telnov küçəsində Musa Musayevi döyərək, 760 manat pulunu və sənədlərini alıblar. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinənlərdən Samir Həsənov tutulub. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər