
Azərbaycanda 23 fevralın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınmış, onların da 48-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 51 nəfər tutulmuşdur.
Qısqanclıq zəminində arvadını qətlə yetirib hadisə yerindən qaçmış Cəlilabad rayon sakini A.Mirzəyev tutulmuşdur
23.02.2012
Fevralın 24-də Cəlilabad rayonunun Uzuntəpə kəndində kənd sakini Zemfira Heydərovanın evində, qohumu Asim Mirzəyev qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq arvadı Südabəni qətlə yetirib hadisə yerindən qaçmışdır. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Mirzəyev tutulmuş və ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi və 6 ədəd patron götürülmüşdür.
Beyləqan rayonu ərazisində E.Qasımov münaqişə zəminində Q.Orucova bıçaq xəsarətləri yetirmişdir
23.02.2012
Fevralın 24-də Beyləqan rayonunun Mil kəndi ərazisində kənd sakini Elvin Qasımov münaqişə zəminində Qadir Orucova çoxsaylı bıçaq xəsarətləri yetirmişdir. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölmüşdür. E.Qasımov Beyləqan RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Şəmkir rayonu ərazisində F.Cəlilov hərəkətdə olan traktorun qoşqusundan yıxılaraq ölmüşdür
23.02.2012
Fevralın 23-də saat 23.00 radələrində Şəmkir rayonunun Qapanlı kəndi ərazisində kənd sakini Əliquzu Zeynalovun idarə etdiyi "Belarus MT-82" markalı traktorun qoşqusunda sərnişin qismində gedən rayon sakini Fərmayıl Cəlilov yıxılmış və aldığı xəsarətdən ölmüşdür.
Xətai rayonu ərazisində Qəbələ rayon sakini C.Osmanov avtomaşını idarə edərkən piyadanı vurmuşdur
23.02.2012
Fevralın 23-də saat 17.00 radələrində Xətai rayonu ərazisində Qəbələ rayon sakini Cavid Osmanov "MACK" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Hacıbaba Muradovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini F.Bayramova vurulmuşdur
23.02.2012
Fevralın 23-də saat 19.40 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Firuzə Bayramova vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Ağdam rayon sakini T.Rüstəmovdan revolver və patronlar götürülmüşdür
23.02.2012
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Taleh Rüstəmovdan 1 ədəd "Naqan" markalı revolver və 5 ədəd patron götürülmüşdür.
İmişli və Saatlı rayonlarının ərazisində qanunsuz ovla məşğul olan şəxslərdən ov tüfəngləri götürülmüşdür
23.02.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması ilə əlaqədar keçirilmiş tədbirlər zamanı İmişli rayonunun ərazisində Abşeron rayon sakini Sadiq Əyyubovdan 1 ədəd, İmişli rayon sakini Elməddin Allahverdiyevdən 1 ədəd, sahibi məlum olmayan 1 ədəd "TOZ" markalı, Saatlı rayonu ərazisində isə sahibləri məlum olmayan 2 ədəd ov tüfəngləri aşkar edilərək götürülmüşdür.
Fevralın 19-da Ə.İsmayılzadənin xəsarət alması ilə nəticələnən YNH-ni törətmiş sürücünün şəxsiyyəti müəyyən edilmişdir
23.02.2012
DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti və Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da Əli İsmayılzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Mitsubishi" markalı avtomaşının sürücüsü Bakıxanov qəsəbə sakini Mətləb Əliyev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Fevralın 22-də R.Ömərovə məxsus avtomaşından maqnitofon oğurlamış Cəlilabad rayon sakini B.Heydərov tutulmuşdur
23.02.2012
Qaradağ RPİ 10-cu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22- də Ramiz Ömərovə məxsus "Mercedes" markalı avtomaşından maqnitofon oğurlamış Cəlilabad rayon sakini Bəxtiyar Heydərov tutulmuşdur.
Bakı şəhər sakini Ç.Haqverdiyevin mənzilindən pul oğurlamış Tərtər rayon sakini A.Bəşirova tutulmuşdur
23.02.2012
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Çingiz Haqverdiyevin mənzilindən 1600 manat pul oğurlamış Tərtər rayon sakini Afət Bəşirova tutulmuşdur.
Sərnişin avtobusunda oğurluq törətdiklərinə görə tutulmuş A.Kərimov və R.Orlovdan heroin götürülmüşdür
23.02.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də 1 №-li xətt avtobusunda Bakı şəhər sakini Səidə Kərimovanın çantasından 40 manat pul və sənədlərini oğurlamış Gəncə şəhər sakini Aqil Kərimov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Orlov tutulmuşlar. A.Kərimovdan 0,615 qram, R.Orlovdan isə 0,527 qram heroin götürülmüşdür.
Şəki rayon sakini E.Sadıqova məxsus inəkləri oğurlamış şəxslər tutulmuşlar
23.02.2012
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Eldar Sadıqova məxsus 2 baş inəyi oğurlamış Mingəçevir şəhər sakinləri Sərvər Sadıqov, İlqar Mikayılov və İlham Qəribov tutulmuşlar.
11 nəfər dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir
23.02.2012
Fevralın 23-də Abşeron rayon sakini Nigar Qafarova, Şəfaqət Alıyeva, Xəyalə Şirinova, Vahid Nəcəfov, Sumqayıt şəhər sakini Famil Dünyamalıyev, Anar Qarayev, Gülnar Rəhimova, Kəpəz rayon sakinləri Tacirə Mövsümova, qızı - Almaz və oğlu - Xəyal, İmişli rayon sakini Könül Qasımova evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Tovuz rayon sakini R.Süleymanov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür
23.02.2012
Fevralın 23-də Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Royal Süleymanov evində təmir işləri apararkən onu elektrik cərəyanı vurmuşdur. R.Süleymanov xəstəxanada ölmüşdür.
Sabunçu rayonunda yaşayan İlyas Məmmədəliyevə məxsus evdə yanğın baş vermişdir
23.02.2012
Fevralın 23-də saat 01.30 radələrində Sabunçu rayonunda yaşayan İlyas Məmmədəliyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılmışdır.
O.M.